[b]Droqba Liqa 1 klubunda[/b]
19.02.2018 - 22:41
[b]Droqba Liqa 1 klubunda[/b]

Fransa Liqa 1 təmsilçisi “Genqam” yeni transferlə diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, komanda Didyer Droqbanın oğlu İsak Droqbanı transfer edib.

 

Fil Dişi Sahili yığmasında və “Çelsi”dəki çıxışı ilə məşhurlaşan dünya ulduzunun 17 yaşlı oğlu ilə müqavilənin hansı müddətə imzalandığı açıqlanmayıb.

 

“Çelsi”nin yetirməsi olan İsak “Genqam”ın U-19 komandasında çıxış edəcək.

0