18 Oktyabr 15:13 “Dünya çempionatına getməsək, təəccüblənmərəm” – Zola
FUTBOL xəbərləri 18 Oktyabr 15:13
824 baxış

“Dünya çempionatına getməsək, təəccüblənmərəm” – Zola

İtaliya futbolunun canlı əfsanəsi Canfranko Zola yığma komandanın dünya çempionatına vəsiqə şanslarını dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 51 yaşlı mütəxəssis “Skuadra Adzurra”nın mundialdan kənarda qalmasına normal yanaşacağını bildirib.

 

Millinin sabiq üzvü heyətin əvvəlki kimi güclü olmadığını bildirib: “Dünya çempinatına getməsək, bunu faciəyə çevirmək doğru olmaz. Şəxsən mən buna təəccüblənmərəm. Almaniyanın AÇ-2000-də qrupda qaldığı anı xatırlayıram. Bu məyusluq yaratdı, amma dəyişikliyə də yol açdı. Almaniya futbolu ondan sonra yüksəlişə keçdi. İtaliya millisi oyunlarda nəticəyə önəm verir, ancaq keyfiyyət çatışmazlığı var. Bizim vaxtımızda mənim mövqeyimdə 7-8 alternativ var idi”.

 

Qeyd edək ki, İtaliya millisi DÇ-2018-in final mərhələsinə vəsiqə uğrunda İsçevlə pley-off matçlarında üz-üzə gələcək.

Xəbər lenti