27 May 14:25 Dünya çempionatının ilk yarımfinalçısı müəyyənləşdi
FUTBOL xəbərləri 27 May 14:25
353 baxış

Dünya çempionatının ilk yarımfinalçısı müəyyənləşdi

UEFA Çempionlar Liqasının qalibi adını qazanan İspaniya “Real”ı həm də klublararası dünya çempionatına vəsiqə əldə edib. Apasport.az saytının məlumatına görə, Zinəddin Zidanın yetirmələri mundialın 4-cü iştirakçısı olub.

 

Bunadək Meksika “Qvadalaxara”sı KONKAKAF, Yeni Zelandiya “Vellinqton”u Okeaniyada Çempionlar Liqasını qazanıb, dünya çempionatında oynamaq hüququ əldə etmişdi. “Əl-Əyn” isə təşkilatçı ölkənin BƏƏ-nin çempionu kimi buna nail olub.

 

Okeaniya təmsilçisi və meydan sahibi yarışın 1-ci mərhələsində üz-üzə gələcək. “Qvadalaxara”, həmçinin Afrika və Asiyada Çempionlar Liqasının qalibi olan komandalar isə mübarizəyə 1/4 finaldan qoşulacaq.

 

“Real” birbaşa yarımfinala vəsiqə əldə edib. Cənubi Amerikanın ən yaxşısı da bu raunddan yarışa start verəcək.

 

Qeyd edək ki, mundial dekabrın 12-22-də baş tutacaq.

Xəbər lenti