[b]Eddi İsrafilov üçün iki müştəri[/b]
12.08.2017 - 19:43
[b]Eddi İsrafilov üçün iki müştəri[/b]

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniyanın “Kadis” klubunu tərk edə bilər. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatı belə iddia ilə çıxış edib.

 

25 yaşlı yarımmüdafiəçinin xidmətində aşağı liqanın digər iki klub maraqlıdı. Bunlar “Luqo” və “Alkarkon” komandalarıdı.

 

İspaniyalılar iddia edir ki, İsrafilovun “Alkarkon”a keçidi daha realdı. Çünki Eddi hazırda bu komandanın baş məşqçisi olan Xulio Velaskesin rəhbərliyi altında çıxış edib. Bu, 36 yaşlı mütəxəssisin 2013/2014 mövsümündə “Mursiya”da işlədiyi vaxta təsadüf edib.

 

Qeyd edək ki, Eddi ötən ilin avqustunda “Kadis”ə keçib. O bunadək “Mursiya”,

“Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib.

0