24 Fevral 16:28 Əfran İsmayılov zədəsini sağaltdı
FUTBOL xəbərləri 24 Fevral 16:28
277 baxış

Əfran İsmayılov zədəsini sağaltdı

Azərbaycan çempionatının XVII turunda “Kəpəz”i qəbul edəcək “Qarabağ”ın zədəli futbolçularından biri sıraya dönüb. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, söhbət Əfran İsmayılovdan gedir.

 

Təcrübəli yarımmüdafiəçi zədəsini tam sağaldıb. Məşqçilər heyəti şans verəcəyi təqdirdə, Əfran “Kəpəz”lə matçda meydanda ola bilər.

 

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Kəpəz” görüşü saat 18:00-da start götürəcək.  

Xəbər lenti