[b]Əfsanədən Minaya məsləhət: “Qalatasaray”a keç[/b]
16.07.2018 - 23:46
[b]Əfsanədən Minaya məsləhət: “Qalatasaray”a keç[/b]

Kolumbiyanın əfsanəvi futbolçusu Karlos Valderamma “Barselona”nın müdafiəçisi Yerri Minaya məsləhət verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, həmyerlisinin “Qalatasaray”a daha uyğun oyunçu olduğunu bildirib.

 

Valderamma 23 yaşlı futbolçunun Fatih Terimin rəhbərliyi altında daha sürətlə inkişaf edəcəyini düşünür: “Premyer Liqa maraq doğuran liqadı. Amma, məncə, Çempionlar Liqası daha dəyərlidi. Mina orta sıralar uğrunda mübarizə aparan “Everton”a keçməməlidi. Ondansa Fatih Terimin “Qalatasaray”ına getsin. Terim onun inkişafında böyük rol oynaya bilər”.

 

Qeyd edək ki, “Barselona”dan ayrılması gözlənilən Yerri Mina Türkiyənin digər klubu “Fənərbaxça”nın da maraq dairəsindədi.

0