[b]“Əgər məni milliyə çağırmırlarsa...” – Bəxtiyar Həsənalızadə[/b]
25.02.2018 - 18:29
[b]“Əgər məni milliyə çağırmırlarsa...” – Bəxtiyar Həsənalızadə[/b]

“Neftçi” ilə oyunda bir az çox güc itirmişdik. İlk hissədə bu, xüsusilə də hiss olunurdu. İkinci yarıda isə bir az toparlandıq. Tam istədiyimiz kimi olmasa da, yekunda qələbə qazana bildik”. Apasport.az saytına açıqlamasında bu sözləri “Sumqayıt”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə deyib.

 

“Keşlə” ilə səfər oyunundan sonra əməkdaşımızın suallarını cavablandıran gənc oyunçu matçla bağlı fikirlərini bölüşüb

 

- Oyunun istədiyiniz kimi olmamasının səbəbi təkcə yorğunluq idi?

- Hərəkətlilik az idi. Başqa səbəbləri məşqçi analiz edəcək və bizə də məlumat verəcək. İnşallah, səhvlərimizi düzəldəcəyik.

 

- Əsas izləyiciniz “Neftçi” dünən xal itirdi. Bu, oyununuza nə dərəcədə təsir etdi?

- Bizim üçün yaxşı fürsət idi. Aradakı fərqi artırmaq istəyirdik. Əsas motivasiyamız o idi. Oyundan da hiss olunurdu ki, heç-heçə ilə razılaşmırıq, hədəfimiz 3 xal idi.

 

- Bəlkə elə hədsiz istəkli olmağınız sizin oyununuza mane oldu?

- Öz adımdan danışım ki, məndə elə də həyəcan yox idi. Sadəcə qapanan komandaya qarşı bir az çətinlik çəkirik.

 

- Son vaxtlar milli komandanın heyəti açıqlananda sənin də adın gündəmə gəlir, amma yığmaya çağrılmırsan. Bu barədə nə düşünürsən?

- Demək olar ki, bu barədə düşünmürəm. Özümü oyunlara kökləmək istəyirəm. Əgər məni milliyə çağırmırlarsa, gələcəkdə çağıra bilərlər. Bunun üçün səylə çalışıram.

0