[b]Ekiqo Ehiosun yenidən “Qəbələ”də![/b]
21.09.2017 - 14:38
[b]Ekiqo Ehiosun yenidən “Qəbələ”də![/b]

“Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib. Apasport.az xəbər verir ki, bölgə klubu sabiq hücumçusu Ekiqo Ehiosunu transfer edib. 2014/15 mövsümündə “Qəbələ”də oynamış, 29 oyunda 6 qola imza atmış nigeriyalı hücumçu hazırda azad agentdi. Məhz bu üzdən də “Qəbələ” rəhbərliyi sərbəst qalan futbolçunu heyətinə qatmaqda problemlə üzləşməyib. Ötən gün Qəbələyə gələn forvard artıq köhnə-yeni klubu ilə ilk məşqə də çıxıb. Bu gün isə tərəflərin rəsmi müqaviləyə imza atması gözlənilir.

Qeyd edək ki, Ehiosun 2015-ci ildə “Qəbələ”dən ayrılaraq Türkiyənin “Samsunspor” klubuna üz tutmuşd. Bir mövsüm sonra isə o, “Qaziantep BB” klubu ilə anlaşmışdı. Lakin bu komandada kifayət qədər şans qazanmayan 27 yaşlı futbolçu klubla müqaviləsini qarşılıqlı razılıq əsasında pozmağa qərar verib.
 
Ehisoun Nigeriya yığmasında da 6 oyuna çıxıb, 1 qol vurub. (Futbolinfo.az)

 

0