[b]Əliyar Ağayevə təyinat verilmədi[/b]
24.11.2017 - 13:23
[b]Əliyar Ağayevə təyinat verilmədi[/b]

Azərbaycan Premyer Liqasında XIII turun bütün təyinatları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Zirə” ilə “Qarabağ” arasında keçiriləcək mərkəzi oyun Fariz Yusifova tapşırılıb.

 

Həmçinin bu tur Ömər Paşayev, Rauf Cabbarov və Rəhim Həsənov da baş hakim kimi iş başında olacaqlar. AFFA Hakimlər Komitəsi ötən turda “Neftçi” – “Qəbələ” (2:3) matçındakı idarəçiyindən məmnun qalmadığı Əliyar Ağayevə bu dəfə təyinat verməyib.

25 noyabr (şənbə)

14:30. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu

17:00. “Neftçi” – “Keşlə”
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Ramil Diniyev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
8-ci km qəsəbə stadionu

26 noyabr (bazar)

16:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Vüsal Əliyev
Sumqayıt şəhər stadionu

18:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
Zirə İdman Kompleksinin stadionu

0