[b]Elvin Məmmədov “Neftçi” yolunda[/b]
16.12.2017 - 13:18
[b]Elvin Məmmədov “Neftçi” yolunda[/b]

“Neftçi”nin qış fasiləsində heyətinə qatmaq istədiyi futbolçulardan birinin adı bəlli olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu “Qəbələ”nin yarımmüdafiəçisi Elvin Məmmədovla danışıqlara başlayıb.

 

Təcrübəli futbolçu “qırmızı-qaralar”ın heyətində oyun praktikası baxımından əziyyət çəkir. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Məmmədova az şans verir. “Neftçi” də məhz bundan istifadə etmək niyyətindədi. 

 

Bakılılar Elvinin razılığını alandan sonra “Qəbələ” ilə danışıqlara başlamağı düşünürlər. Transferin baş tutması üçün bölgə klubu “hə” deməlidi. Çünki Məmmədovun “Qəbələ” ilə gələn ilin yayına kimi müqaviləsi var.

 

Karyerası ərzində “Qəbələ”dən öncə “Turan Tovuz”, “İnter”, “Qarabağ”, “Bakı” və “Zirə” klublarında da oynamış Məmmədovun adı əvvəllər də bir neçə dəfə “Neftçi” ilə birgə çəkilib.

 

Qeyd edək ki, “Qəbələ”nin heyətinə bu ilin yayında qoşulan Elvin Məmmədov Premyer Liqanın cari mövsümündə cəmi 6 oyunda iştirak edib və aktivinə 1 qol yazdırıb.

0