[b]Əmrə Can artıq Turindədi - FOTO[/b]
21.06.2018 - 13:10
[b]Əmrə Can artıq Turindədi - FOTO[/b]

“Liverpul”un sabiq yarımmüdafiəçisi Əmrə Can “Yuventus”a transferini rəsmiləşdirmək üçün İtaliyadadı. Apasport.az saytının klubun tvitter hesabına istinadən məlumatına görə, alman futbolçunun olduğu təyyarə artıq hava limanına enib və yaxın saatlarda o, tibbi müayinədən keçəcək.

 

Canın “Yuventus”la 4 illik müqaviləyə imza atacağı və ilinə 6 milyon avro qazanacağı bildirilir.

 

24 yaşlı futbolçu “Liverpul”u azad agent kimi tərk etdiyindən, transfer “qoca sinyora”ya pulsuz başa gəlib.

0