Ən qəribə qol sevinci – VİDEO
18.03.2009 - 15:30
Ən qəribə qol sevinci – VİDEO
Futbol meydançalarında yaşanan ən qəribə qol sevinci İngiltərə çempionatında qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu hadisə ikinci liqada “Makklesfild” və “Bornmut” klubları arasında keçirilən oyunda baş verib.

Komanda yoldaşından ötürmə alan “Bornmut”lu Li Bradburi rəqibin cərimə meydançasına girərək, yaxın küncü dəqiq nişan alıb və hesabı açıb. Onun qol sevinci isə azarkeşləri əməlli-başlı əyləndirib.

Belə ki, Bradburi onunla qol sevincini paylaşmağa gələn “Bornmut”lu futbolçulara yumruq atmağa başlayıb. Təbii ki, hücumçu komanda yoldaşlarına fiziki zərbə endirməyib. Sadəcə, onlara Hindistan kinolarında olduğu kimi, yumruq ataraq, yerə sərib. Nəticədə Bradburi 7 futbolçunun “işini bitirib”. Bir neçə saniyədən sonra ayağa qalxan həmin oyunçular Bradburi ilə qucaqlaşaraq, onu təbrik ediblər.
0