[b]Ən yaxşı futbolçu adına 8 namizəd[/b]
14.09.2017 - 13:30
[b]Ən yaxşı futbolçu adına 8 namizəd[/b]

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, azarkeşlər UEFA-nın müəyyən etdiyi 8 oyunçu arasında seçim edəcəklər.

 

Bunlar Kriştianu Ronaldo (“Real”), Harri Keyn (“Tottenhem”), Məhəmməd Salah (“Liverpul”), Tayson (“Şaxtyor”), Lionel Messi (“Barselona”), Neymar (PSJ), Romelu Lukaku (“Mançester Yunayted”), Hames Rodrigesdi (“Bavariya”).

 

Azarkeşlər UEFA-nın rəsmi saytında aparılan səsvermədə iştirak edərək, turun ən yaxşısını müəyyən edəcəklər.

0