[b]Ən yaxşı kimdi: Salah, yoxsa Marselo?[/b]
26.04.2018 - 13:11
[b]Ən yaxşı kimdi: Salah, yoxsa Marselo?[/b]

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA bu ada 2 namizəd müəyyənləşdirib.

 

Bunlar “Liverpul”un hücumçusu Məhəmməd Salah və “Real”ın müdafiəçisi Marselodu. Salah “Roma” ilə qarşılaşmada 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalmışdısa, Marselo “Bavariya” ilə görüşdə 1 qola imza atıb.

 

Qeyd edək ki, ilk oyunda “Real” “Bavariya”nı səfərdə (2:1), “Liverpul” isə “Roma”nı evdə (5:2) məğlub edib.

0