24 May 23:42 Errera “Neftçi”dən getdi
FUTBOL xəbərləri 24 May 23:42
3218 baxış

Errera “Neftçi”dən getdi

İqnasio Errera “Neftçi”dən ayrılıb. Apasport.az saytının məlumatına görə, çilili futbolçu bu barədə özü xəbər yayıb.

 

Belə ki, şəxsi instaqram hesabından paylaşım edən yarımmüdafiəçi “Birlikdə çox gözəl vaxt keçirdik, çox sağ olun, “Neftçi” yazıb.

 

“Apasport” “ağ-qaralar”la gələn ilin yanvar ayına qədər müqaviləsi olan cənubi amerikalı oyunçuya məvacibinin azaldılması təklif olunduğunu və əks halda klubdan göndəriləcəyi haqqında daha əvvəl xəbər yaymışdı.

 

Qeyd edək ki, İqnasio Errera ötən ilin yanvarında “İrtış”dan transfer edilmişdi.

 

Xəbər lenti