[b]Fəhmin Muradbəyli “Səbail”də[/b]
16.12.2017 - 16:06
[b]Fəhmin Muradbəyli “Səbail”də[/b]

Premyer Liqanın debütantı “Səbail” qış fasiləsində heyətinə ilk yeni futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi “Neftçi”nin üzvü Fəhmin Muradbəylinin keçidini həll edib.

 

Klublar arasında bu barədə razılıq əldə olunub. Bu isə o deməkdi ki, Fəhmin Premyer Liqanın ikinci yarısını “Səbail”in heyətində keçirəcək.

 

Komandanın baş məşqçisi Samir Əliyev əməkdaşımıza açıqlamasında bunları deyib: “Fəhminin keçidi hələ tam rəsmiləşməyib. Gələn həftənin əvvəlində bu məsələ həllini tapmalıdı. Fikrimizdə başqa futbolçular da var. Amma bu məqamda yeni oyunçu götürmək çox çətindi”.

 

"Neftçi"nin digər müdafiəçisi Rahil Məmmədovun da "Səbail"ə keçəcəyi gözlənilir. 

 

Qeyd edək ki, Fəhmin Muradbəyli Premyer Liqanın cari mövsümündə 4 oyunda iştirak edib.  

0