[b]FİFA klub prezidentini qınadı: 3-5 illik cəza...[/b]
12.03.2018 - 15:14
[b]FİFA klub prezidentini qınadı: 3-5 illik cəza...[/b]

Yunanıstan Super Liqasının XXV turunda AEK-lə matçda meydana silahla daxil olan PAOK-un prezidenti İvan Savvidisin bu hərəkəti FİFA tərəfindən pislənib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ali futbol qurumu Savvidisi buna görə şiddətlə qınayıb.

 

Lakin qurum onu cəzalandırmaq səlahiyyətinin olmadığını bəyan edib: “Hadisə barədə ətraflı məlumat əldə olunub. FİFA bu hərəkəti qınayır. Ancaq insident daxili birincilikdə yaşandığından, hadisə ilə bağlı qərar Yunanıstan Futbol Federasiyası tərəfindən verilməlidi”.

 

Qeyd edək ki, Yunanıstan çempionatının intizam kodeksinə görə, hakimlərə hədə-qorxu gəlməyin cəriməsi 50 min avro, cəzası isə 3-5 il müddətinə stadionlara giriş qadağasıdı.

0