[b]“FİFA-nın qərarı Azərbaycan kimi ölkələrin xeyrinədi” – federasiya prezidenti[/b]
11.01.2017 - 11:06
[b]“FİFA-nın qərarı Azərbaycan kimi ölkələrin xeyrinədi” – federasiya prezidenti[/b]

“Əlbəttə ki, bu, Moldova kimi kiçik ölkələr üçün müsbət qərardı. Bizim də final mərhələsinə yüksəlmək şansımız yaranır”. Apasport.az saytının məlumatına görə, bunu Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu deyib.

 

Dünya çempionatlarının final mərhələlərində iştirakçıların sayının artırılmasına münasibət bildirən qurum rəhbəri bunu Azərbaycan da daxil olmaqla, kiçik ölkələrin lehinə atılan addım sayır: “Hər şey ikili təsir yaradır. İlk baxışdan bu qədər komandalı çempionat heç çempionata bənzəmir. Digər tərəfdən isə hər şey prinsipcə buna doğru gedirdi. İndi ən önəmlısi vəsiqələrin qitələr üzrə paylanmasındakı yekun qərardı. Bir daha qeyd edim ki, bu bizim üçün əlavə şansdı. Əlbəttə, Braziliya, İngiltərə, Almaniya, İtaliya, Rusiya kimi böyük ölkələr üçün bunun heç bir rolu yoxdu. Amma FİFA-nın qərarı Baltikyanı dövlətlər, Azərbaycan, Ermənistan və keçmiş SSRİ-nin digər ölkələrinin xeyrinədi”.

 

Qeyd edək ki, DÇ-2026-dan etibarın final mərhələlərində 32 deyil, 48 komanda çıxış edəcək.

0