17 Mart 13:10 Filipe Luisin taleyinə aydınlıq gəldi
FUTBOL xəbərləri 17 Mart 13:10
357 baxış

Filipe Luisin taleyinə aydınlıq gəldi

“Atletiko”nun müdafiəçisi Filipe Luisin durumuna aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu dünya çempionatını buraxmalı olacaq.

 

Avropa Liqasının 1/8 final mərhələsində “Lokomotiv”lə səfər qarşılaşmasının 62-ci dəqiqəsində zədələnərək əvəzlənən braziliyalının sol ayağında qırıq aşkarlanıb. Həkimlər 33 yaşlı futbolçunun 4-6 aydan sonra yaşıl meydanlara dönə biləcəyini açıqlayıblar.

 

Bu isə o deməkdi ki, Filipe Luis mundialda Braziliya millisinin heyətində olmayacaq. Onun əvəzinə bu ay keçiriləcək yoldaşlıq görüşlərinə “Yuventus”un sol cinah müdafiəçisi Aleks Sandro çağırılıb.

Xəbər lenti