23 May 15:43 “Finalda “Mançester Yunayted”ə qarşı oynamaq istəyərdim” - Ronaldo
FUTBOL xəbərləri 23 May 15:43
366 baxış

“Finalda “Mançester Yunayted”ə qarşı oynamaq istəyərdim” - Ronaldo

“Real”ın hücumçusu Kriştiano Ronaldo “Liverpul”la oynanılacaq Çempionlar Liqası final matçı öncəsi fikirlərini bölüşüb. Apasport.az saytının İspaniyanın AS nəşrinə istinadən məlumatına görə, portuqaliyalı ulduz həlledici oyunda “Liverpul” əvəzinə “Mançester Yunayted”lə qarşılaşmaq istədiyini bildirib.

 

“Final görüşləri önəmlidi. Mən finalda “Mançester Yunayted”ə qarşı oynamağa üstünlük verərdim. Bununla belə, “Liverpul” hörmətə layiqdi. Bizim üçün asan olmayacaq. Onlarda finalda oynamağı haqq edirlər” – deyə, Ronaldo vurğulayıb.

 

Kriştiano “Liverpul”un super-üçlüsü – Mane-Salah-Firmino – haqqında danışmağı da unutmayıb: “Hazırkı “Liverpul” mənə iki-üç il öncəki “Real”ı xatırladırlar. Onların irəli triosu hücumlar zaman çox sürətlidi. Ancaq “Real” üstün olan tərəfdi. Öz oyunumuzu “Liverpul”a qarşı da nümayiş etdirməliyik”.

 

Kriştiano Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”in formasını geyib.

 

Qeyd edək ki, “Real” və “Liverpul”un üz-üzə gələcəyi ÇL finalı mayın 26-da oynanılacaq.

Xəbər lenti