26 May 17:27 Finalın təyinatları açıqlandı
FUTBOL xəbərləri 26 May 17:27
375 baxış

Finalın təyinatları açıqlandı

“Keşlə” və “Qəbələ” klubları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyununun təyinatları müəyyənləşib. Apasport.az saytının  məlumatına görə, mayın 28-də keçiriləcək görüşün hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi bəlli olub.

 

Matçı Rauf Cabbarov idarə edəcək. Onun başçılıq etdiyi briqadanın işinə sabiq FİFA hakimi Vüsal Əliyev qiymət verəcək. Şaiq Həmidov isə oyunun AFFA nümayəndəsi olacaq.

 

Azərbaycan kuboku

Final
28 may (bazar ertəsi)

20:00. “Keşlə” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu

 

Mənbə: pfl.az

 

Xəbər lenti