[b]“Fransaya Belçikadan daha çox azarkeşlik edirdik” – Eden Azar[/b]
09.07.2018 - 20:00
[b]“Fransaya Belçikadan daha çox azarkeşlik edirdik” – Eden Azar[/b]

Belçika milli komandasının kapitanı Eden Azar maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, “Çelsi”nin üzvü sosial şəbəkədə yayılan qardaşları ilə birgə çəkdirdikləri uşaqlıq fotosuna münasibət bildirib.

 

Belə ki, sözügedən fotoda Kilian, Torqan və Eden Azar qardaşları Fransa millisinin formasında təsvir olunublar. Məsələ ilə bağlı “The Sun” nəşrinə danışan Eden bunun o dövr üçün normal olduğunu deyib: “Həmin vaxtlarda mən və qardaşlarım Belçika millisindən daha çox Fransaya azarkeşlik edirdik. Çünki Fransa 1998-ci il dünya çempionatının qalibi olmuşdu, bizim yaş qrupumuzdakı əksər uşaqlar bu komandaya rəğbət bəsləyirdi. Belçika yığması isə o zamanlar o qədər də güclü deyildi. Bunu deməkdə məqsədim öz ölkəmin komandasını aşağılamaq deyil, amma fakt Fransa hamıdan güclü idi”.

 

Qeyd edək ki, hazırda Eden və Torqan Azar qardaşlarının çıxış etdikləri Belçika millisi DÇ-2018-in yarımfinalında Fransa yığması ilə qarşılaşacaq.

0