15 Noyabr 11:32 Futbolçudan qorxunc cinayət: Həyat yoldaşının boğazını kəsdi
FUTBOL xəbərləri 15 Noyabr 11:32
1072 baxış

Futbolçudan qorxunc cinayət: Həyat yoldaşının boğazını kəsdi

Amerika futbolu ilə məşğul olmuş Entoni Maklanahan həbs olunub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb 46 yaşlı idmançının həyat yoldaşını öldürməsidi.

 

Belə ki, Entoni ötən il ailə həyatı qurduğu 28 yaşlı Keri Maklanahanı boğazını kəsərək öldürüb. Yutahdakı evində baş vermiş hadisədən dərhal sonra qonşular polisə zəng vurublar. “Dallas”ın sabiq oyunçusu evində üstü qan içində yaxalanıb. Aparılan ekspertizadan sonra Maklanahanın həyat yoldaşının boğazını kəsdiyi və ölənə qədər onunla boğuşduğu aşkarlanıb.

 

Qeyd edək ki, Entoni Maklanahan keçən ay sabiq həyat yoldaşından olan 8 yaşlı oğlunu qaçırdığı üçün saxlanılmış və 128 min avro ödəyərək sərbəst buraxılmışdı.

Xəbər lenti