[b]“Heç-heçəni məqbul nəticə hesab edirəm” – Yuri Maksimov[/b]
13.03.2018 - 18:00
[b]“Heç-heçəni məqbul nəticə hesab edirəm” – Yuri Maksimov[/b]

“Qəbələ” güclü komandadı. Ustalıq səviyyəsinə görə onlardan geri qalırıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.

 

Azərbaycan Premyer Liqasının XX turunda öz meydanında “Qəbələ” ilə qarşılaşan paytaxt klubu 1:1 hesablı heç-heçə edib.

 

Maksimov oyunsonrası mətbuat konfransında bu fikirləri səsləndirib: “Komandamız hələ yeni formalaşıb. Bizdə istək çox idi. Məhz bunun sayəsində oyundan xalla ayrıldıq”.

 

- Uduzmadığınıza görə sevinirsiz, yoxsa qalib gələ bilmədiyinizə görə təəssüflənirsiz?

- Bu gün bizim komanda sondan ikinci yerdədi. Həm də, son iki oyunda son dəqiqədə qapımızda qol görmüşdük. Bunun təkrarlanmasını istəməzdim. Buna görə, heç-heçəni məqbul nəticə hesab edirəm.

 

- Rəqibin baş məşqçisi Roman Qriqorçuk hakimlikdən narazı qaldı. Siz bu barədə nə deyə bilərsiz?

- Bəzən olur ki, nəticə qarşı tərəfin narazılığına səbəb olur. Bizim ziyanımıza hər hansı qərar verilməyibsə, hakimlik barədə nə isə fikir bildirə bilmərəm.

 

- Oyundan sonra Vaqif Cavadova iradlarınızı bildirirdiz...

- İradım yox idi. Sadəcə, Məqsəd İsayevə oyun epizodu ilə bağlı narazılığımı bildirirdim. Vaqifə heç bir irad bildirmədim.

 

- Roman Qriqorçukla Ukraynada da rəqib olmusuz. Prinsipiallıq yox idi ki?

- Ukraynada da görüşmüşük. Prinsipiallıq yoxdu. Fərq odu ki, indi başqa çempionatda üz-üzə gəlirik.

0