[b]I divizionda ilk turun cütləri bəlli oldu[/b]
25.09.2017 - 14:33
[b]I divizionda ilk turun cütləri bəlli oldu[/b]

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda 2017/2018-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında baş tutan tədbirdə ilk turun cütləri bəlli olub.

 

10 komandanın mübarizə aparacağı yarışa oktyabrın 3-də start veriləcək. İlk turun matçları iki gün davam edəcək.

 

I  tur, 3-4 oktyabr

“Xəzər” – “Mil-Muğan”

“Turan Tovuz” – “Şüvəlan”

“Ağsu” – “Zaqatala”

MOİK – “Qaradağ Lökbatan”

“Sabah” – “Binə”

 

Peşəkar Futbol Liqasının prezidenti  Ramin Musayev yarışın formatını və limitini də açıqlayıb:  “2017/2018-ci illər mövsümündə çempionatda 10 komanda iştirak edəcək. Yarış 3 dövrədən ibarət sistemlə keçiriləcək. 3-cü dövrədə 1-ci dövrədə olan uyğunluq tətbiq olunacaq. Əgər biz 10 komandalı çempionatı 2 dövrə etsəydik, oyun sayı az olacaqdı. Komandaların daha çox oyun keçirməsini  rəhbər tutub 3 dövrəli yarışa qərar verdik. Premyer Liqada olduğu kimi, I Divizionda da protokolda 23 futbolçu yer ala bilər. Oyunlar zamanı ilk onbirlikdə 6 nəfər yerli  oyunçu olmaq şərti ilə daha yaşlı oyunçuların çıxışına icazə veriləcək.  Meydançada hər zaman ən azından 1996-cı il və daha gənc təvəllüdlü 3 oyunçunun olması şərtdir. Klublar start heyətində maksimum 2 legionerin xidmətindən yararlana biləcəklər”.


Musayev bildirib ki, I Divizion FİFA-nın təsdiq etdiyi və artıq Azərbaycana gətirilən yeni toplarla oynanılacaq. PFL prezidenti eyni zamanda klublara xəbərdarlıq edib: “Ötən mövsüm bəzi xoşagəlməyən hallar oldu. Belə ki, I Divizionda iştirak edən komandaların adları danışılmış oyunlarda hallandı. Buna görə də hər oyunda bizim nümayəndəmiz olacaq və lazımi qeydlərini götürəcək və digər prosedurlar həyata keçiriləcək. Əgər hər hansı bir şübhə yeri olarsa, araşdırılacaq və oyunun nəticəsi ləğv olunacaq. Oyun alqı-satqısında adı hallanan oyunçunun adı hüquq mühafizə orqanlarına təqdim olunacaq və onunla bağlı lazımi ölçü götürüləcək”.
 

 

0