[b]İbrahimoviç dünya çempionatında olmayacaq[/b]
26.04.2018 - 17:44
[b]İbrahimoviç dünya çempionatında olmayacaq[/b]

"Los-Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviç Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatında iştirak etməyəcək. Apasport.az-ın İsveç Futbol Federasiyasının saytına istinadən məlumatına görə, 36 yaşlı futbolçunun adı yığmanın mundial üçün olan heyətinə daxil edilməyəcək.

 

İsveç millisinin baş meneceri Lars Rixt məsələ ilə bağlı danışarkən bunları deyib: "Çərşənbə axşamı Zlatanla danışdım. Deyirdilər ki, o, yığmaya qayıdacaq, ancaq bu, belə deyil".

 

Qeyd edək ki, Zlatan İbrahimoviç Avro-2016-dan sonra yığmadakı karyerasını bitirdiyini açıqlamışdı.

0