[b]İki komandaya texniki məğlubiyyət verildi[/b]
14.03.2018 - 13:32
[b]İki komandaya texniki məğlubiyyət verildi[/b]

AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında aşağı yaş qrupları üzrə liqalarda baş verən neqativ hallar da müzakirə olunub. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplantıda iki komandaya texniki məğlubiyyət verilib.

 

U-10 Liqasında, “Junior” (Bakı) – “Xəzri” İK (Bakı) matçında meydan sahiblərinin komandası iştirak etmədiyinə görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

 

U-14 Liqasında, “Şirvan” (Şirvan) – UGİM (Göyçay) matçında isə ev sahiblərinin heyətində yetərsay olmayıb. Buna görə də, “Şirvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

0