22 May 09:54 İki qırmızı vərəqə alan yeganə oyunçu
FUTBOL xəbərləri 22 May 09:54
167 baxış

İki qırmızı vərəqə alan yeganə oyunçu

“Qəbələ”nin futbolçusu Cavid Hüseynov antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın kapitanı Topaz Premyer Liqasının dünən başa çatan mövsümündə iki qırmızı vərəqə alan yeganə oyunçudu.

 

O, “Qarabağ”la XXVIII turun son görüşündə meydandan qovulub. Bu da yarımmüdafiəçinin mövsümdə 2-ci cəzası olub.

 

Cari mövsümdə qırmızı vərəqə alan digər 19 futbolçu isə hərəyə 1 dəfə cəzalanıb. Ümumilikdə isə mövsümdə 21 belə cəza tətbiq olunub.

 

Qeyd edək ki, Hüseynov mövsümdə 18 matça çıxıb.

Xəbər lenti