13 Dekabr 11:43 İlin son oyunları: “Neftçi”nin çətin sınağı, “Sumqayıt” sensasiya axtarışında
FUTBOL xəbərləri 13 Dekabr 11:43
645 baxış

İlin son oyunları: “Neftçi”nin çətin sınağı, “Sumqayıt” sensasiya axtarışında

Sabah Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalarla ölkədə futbol ilinə yekun vurulacaq.

 

Yarımfinalçılar iki gün ərzində müəyyənləşəcək. Cavab qarşılaşmalarına Gəncədə start veriləcək. Premyer Liqanın autsayderləri “Kəpəz”lə “Keşlə” yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq.

 

Paytaxt təmsilçisi evdə qazandığı 2:0 hesablı qələbədən sonra bir addımlığında olduğu vəsiqəni əldən verməməyə çalışacaq. Yunis Hüseynovun baş məşqçisi olduğu Gəncə klubu çətin vəzifənin öhdəsindən gəlmək üçün döyüşəcək.

 

İlk oyun gününə Bakıda yekun vurulacaq. 1/4 finalı ən çox maraq kəsb edən cütündə “Neftçi” “Zirə”ni qəbul edəcək. İndiyədək heç vaxt evdə bu rəqibi məğlub edə bilməyən “ağ-qaralar” minimalhesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

 

Tərlan Əhmədovun yetirmələri çətinə düşən avrokubok şansını kubok vasitəsilə gerçəkləşdirmək üçün mütləq qalib gəlməlidi. “Zirə” isə tarixinin ilk tituluna iddialı olduğunu səfərdə də isbat etməlidi.

 

Çempionatın liderləri ikinci oyun günündə səfər qarşılaşmalarına çıxacaq. Öncə “Qəbələ” “Səbail”in qonağı olacaq. Roman Qriqorçukun yetirmələri ardıcıl qələbələr seriyasını səfərdə də davam etdirmək niyyətindədi. Bakılılar isə iddialı rəqibi dayandırmaqla tarixində ilk dəfə yarımfinala yüksəlmək üçün mübarizə aparacaq.

 

Son 3 mövsümdə “Qızıl dubl”a imza atan “Qarabağ” titulunu qorumaq üçün “Sumqayıt” səddini keçməlidi. Evdə gözlənilmədən çətinliklə üzləşən Qurban Qurbanovun yetirmələrinin rəqib meydanına da favorit kimi çıxacağı heç kimdə şübhə doğurmur. Meydan sahibləri isə sensasiyaya imza atsa, ilk dəfə adını yarımfinalçılar siyahısına yazdıracaq.

 

 

 

Azərbaycan kuboku

1/4 final

Cavab oyunları

 

14 dekabr (cümə axşamı)

13:00. “Kəpəz” – “Keşlə”
Gəncə şəhər stadionu

İlk oyun – 0:2

 

19:00. “Neftçi” – “Zirə”
8-ci km qəsəbə stadionu

İlk oyun – 0:1

 

15 dekabr (cümə)

 

16:00. “Səbail” – “Qəbələ”
“Bayıl Arena”

İlk oyun – 0:1

 

19:00. “Sumqayıt” – “Qarabağ”
Sumqayıt şəhər stadionu

İlk oyun – 1:2

 

Xəbər lenti

Xəbər lenti