[b]"İlk qolu biz vursaq, vəziyyət dəyişəcək" - Stole Solbakken[/b]
22.08.2017 - 20:48
[b]"İlk qolu biz vursaq, vəziyyət dəyişəcək" - Stole Solbakken[/b]

"Kopenhagen" avrokuboklarda tarixə və təcrübəyə malikdi. Bu isə o deməkdi ki, sabah istəyimizə çata bilərik". Apasport.az saytı xəbər verir ki, bu sözləri "Kopenhagen"in baş məşqçisi Stole Solbakken deyib.

 

Danimarka təmsilçisi sabah Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"ı qəbul edəcək.

 

Matçdan öncə mətbuat konfransı keçirən Solbakken maraqlı fikirlər səsləndirib. O, ilk görüşdə 1:0 hesablı qələbə qazanmış "Qarabağ"ı tərifləyib: "Gücümüzün olduğunu, bu işi bacardığımızı "Vardar"la cavab matçında da sübut etdik. "Vardar" da yaxşı komanda idi. Amma "Qarabağ"ın uzun müddətdi bir yerdə oynayan futbolçuları var. Bu komandada milli üzvləri çoxdu və onlar özlərini yaxşı tərəfdən göstərirlər. Məsələn, yarımmüdafiənin mərkəzində çıxış edən 3 oyunçuları 2 mövsümdü ki, bir yerdədi. Eyni sözləri müdafiədə çıxış edən "4-lüy"ə də aid etmək olar. Hər xırdalığa fikir vermək lazımdı. Çünki cavab matçı öncəsi rəqib üstün durumdadı. Amma ilk qolu vuran tərəf biz olsaq, vəziyyət dəyişəcək".

 

Solbakken qeyd edib ki, mübarizəni Avropa Liqası deyil, Çempionlar Liqasında davam etdirməyi düşünürlər: "Biz yalnız Çempionlar Liqasının qrup mərhələsi barədə düşünürük. İndiki məqamda Avropa Liqasının qrup mərhələsinə yollanmaq "Kopenhagen" üçün yaxşı nəticə sayılmaz. Son 6 həftə ərzində oyunumuzu 30 faiz yaxşılaşdırmışıq. Yeni futbolçular transfer etməsək də, missiyanın öhdəsindən gələ bilərik. Çünki komandamız oyundan-oyuna inkişaf edir".

0