[b]“İlk seçimim “Sumqayıt” olacaq” – millimizin müdafiəçisi[/b]
23.05.2018 - 13:46
[b]“İlk seçimim “Sumqayıt” olacaq” – millimizin müdafiəçisi[/b]

“Sumqayıt”la müqavilə müddətim bu ayın sonunda bitəcək. Həmin vaxta qədər bütün suallar cavabını tapacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt”ın müdafiəçisi Tural Axundov deyib.

 

“Neftçi”yə transferi gözlənilən 30 yaşlı futbolçu karyerasını harada davam etdirəcəyinə hələ qərar verməyib. O, ilk olaraq “Sumqayıt” rəhbərliyi ilə görüşəcəyini bildirib.

 

Milli komandamızın üzvü “gənclik şəhəri” təmsilçisindən yeni müqavilə təklifi aldığını da gizlətməyib: “Açığı, bir müddətdi mətbuatda “Neftçi” ilə anlaşdığım yazılır. Amma heç kimlə bir razılığım yoxdu. Bəli, təklif var. Lakin hələ qərarımı verməmişəm. Çünki “Sumqayıt”dan da yeni müqavilə təklifi almışam. Hazırda istirahət edirəm. Bir həftə ərzində rəhbərliklə görüşüb bir qərar qəbul edəcəyik. İlk seçimim əlbəttə ki, “Sumqayıt” olacaq. Həmin görüşdən sonra qalıb-qalmayacağım müəyyənləşəcək”.

 

Qeyd edək ki, Tural Axundov geridə qalan mövsüm Topaz Premyer Liqasında 27 matçda iştirak edib, 4 qola imza atıb.

0