İlqar Əbdürəhmanov: “Yayadək klubsuz qalacağam”
01.04.2008 - 12:54
İlqar Əbdürəhmanov: “Yayadək klubsuz qalacağam”
Moskva. Mehman Süleymanov-APA-Sport. Azərbaycan yığmasının sabiq müdafiəçisi İlqar Əbdürəhmanov yayadək klubsuz qalacaq. Bu haqda “APA-Sport” agentliyinə hazırda Moskvada olan 29 yaşlı futbolçu məlumat verib. Onun sözlərinə görə, Rusiya çempionatının birinci dəstəsində çıxış edən İrkutskun “Zvezda” klubuna keçidinin baş tutmamağı sənəd problemi ilə əlaqədar olub: “Bu komanda ilə Türkiyəyə təlim-məşq toplanışına yollandım. Antalyada hazırlıq prosesində iştirak etdiyim “Zvezda”nın düşərgəsini sənəd məsələlərinin həlli ilə əlaqədar tərk etməli oldum. Agentimin səyləri də bəhrəsini vermədi. Rusiyanın digər klublarından birinə keçmək istəsəm də, gec müraciət etməyi diqqətimə çatdırdılar. Artıq burada “transfer pəncərəsi” bağlanıb və yayadək gözləmək lazımdır. Çünki növbəti “transfer pəncərəsi” həmin vaxtda, dövrlərarası fasilədə açılacaq. Belə olan halda, yayadək klubsuz qalmalı olacağam”.
0