[b]“İndi oynasaydım, qiymətim 200 milyon avro olardı”[/b]
13.02.2018 - 21:46
[b]“İndi oynasaydım, qiymətim 200 milyon avro olardı”[/b]

Françesko Totti maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, əfsanəvi italiyalı futbolçu “Roma”ya sadiqliyi haqqında danışıb.

 

“2003-2004 mövsümünün əvvəlində “Real”dan konkret təklif gəlmişdi. Bir az düşündüm və doğma klubumda qalmağa qərar verdim. Bilirdim ki, Madridə köçsəm çoxlu titullar qazanacam, amma mənim üçün əsas məsələ azarkeşlərin sevgisi idi. Yeganə çatışmayan cəhət “Qızıl top” oldu ki, onu da “Yuventus” və ya “Milan”da oyanasam, bəlkə qazanardım. Əgər indi oynasaydım, qiymətim 200 milyon avro olardı” – deyə Totti bildirib.

 

Qeyd edək ki, 1992-ci ildə “Roma” karyerasına başlayan Françesko Totti 25 il fasiləsiz bu klubun şərəfini qoruyub.

0