25 Fevral 19:31 “İndi uduzsaq da, kubokda mərhələni biz keçəcəyik” – Pərdis Fərcad-Azad
FUTBOL xəbərləri 25 Fevral 19:31
300 baxış

“İndi uduzsaq da, kubokda mərhələni biz keçəcəyik” – Pərdis Fərcad-Azad

Azərbaycan Premyer Liqasının XVII turunda doğma meydanda “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olan “Keşlə”nin hücumçusu Pərdis Fərcad-Azad oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Necə oldu ki, “Keşlə” məğlub oldu? 

- “Sumqayıt” layiqli qələbə qazandı. Çətin matç idi, amma rəqibimiz çox yaxşı oynadı.

 

- İkinci qolun qarşısını almaq niyə mümkün olmadı? Rəqib müdafiəçilərinizi çox rahat keçdi...

- Səbəbini bilmirəm. Son dəqiqələrdə qol buraxanda adam daha çox məyus olur. Nə etmək olar? İrəli baxmalı və növbəti oyunları düşünməliyik.

 

- İkinci hissədə Andre Klennon da oyuna daxil oldu və 2 hücumçu ilə oynadınız. Amma yenə də irəli xətdə komanda təhlükə yarada bilmədi...

- “Sumqayıt” təzyiqi artırırdı. Biz sırf olaraq iki hücumçu ilə oynamadıq. Mən Klennonun arxasında çıxış edirdim. Çalışırdıq ki, o bir az top saxlasın, mənə yer açılsın.

 

- Fasilədən sonra 3 oyun keçirmisiz və bu matçlardan 4 xal qazanmısız. Bu nəticələri necə dəyərləndirirsiz?

- Komandada hər şey yaxşıdır. Yeni futbolçular var. Onlara vaxt lazımdır ki, adaptasiya olsunlar. İnanıram ki, bundan sonra daha yaxşı olacaq.

 

- İlk dəqiqələrdə penaltidən qol buraxmaq komandaya necə təsir göstərdi?

- İndividual səhvdi, ola bilər, hamı edə bilər. Qol buraxdıqdan sonra təzyiqi artırdıq və bərabərlik qolunu vurduq.

 

- Razılaşırsan ki, Ebrima Sohna komandaya güc qata bilmir? Sanki zəif oyunçudu…

- Ebrima yaxşı futbolçudur, məşqlərdə çox çalışır. Bəlkə də hələ formada deyil, inşallah xeyir verəcək.

 

- “Sumqayıt”la ölkə kubokunun yarımfinalında da üz-üzə gələcəksiz…

- Bu oyunda uduzduq, ancaq kubokda mərhələni biz keçəcəyik. Ən vacib görüşüdü. Düzdü, çempionat oyunları da vacibdi. Lakin kubokdakı oyun daha xüsusidir.

Xəbər lenti