[b]“İndividual fərq öz sözünü dedi” – Samir Abasov[/b]
22.09.2017 - 21:08
[b]“İndividual fərq öz sözünü dedi” – Samir Abasov[/b]

“Matça pis başlamadıq. Belə çətin oyun gözləyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Sumqayıt”ın baş məşqçisi Samir Abasova məxsusdu.

 

Azərbaycan Premyer Liqasının VI turunda “Qarabağ”ın qonağı olan “gənclik şəhəri” təmsilçisi 1:4 hesablı məğlubiyyətə üzülüb.

 

Görüşdən sonra keçirilən mətbuat konfransında Abasov fikrini bu sözlərlə davam etdirib: “Qarabağ”a qarşı hamı üçün çətin olur. Bacardığımız qədər müdafiə olunub, əks-hücumdan və ya standart vəziyyətdən fərqlənmək istəyirdik. Buna ilk dəqiqələrdə nail olduq. Ancaq individual fərq öz sözünü dedi. Bu səhvlər olmasaydı və bəxtimiz gətirsəydi, xal ala bilərdik”.

 

- Qapıçı dəyişikliyi nə ilə bağlı idi?

- Mehdiyə bundan sonra da şans verəcəyik. Çünki Fərhadın yaşı çoxdu. 1-2 ilə karyerasını bitrəcək. Mehdiyə şans verəcəyik görək bizdə oynamağa layiqdi, ya yox.

 

- Cavid İmamverdiyevin durumu nə yerdədi?

- Buna həkimlər sabah dəqiq diaqnoz verəcəklər. Cavid dedi ki, iynə kimi sancdı. Bu da pis əlamətdi. Belə aparıcı oyunçunu itirmək istəmirik. Ümid edirik ki, ciddi olmaz.

0