13 İyun 16:02 İnfantino kreslo sevdasından əl çəkmir
FUTBOL xəbərləri 13 İyun 16:02
308 baxış

İnfantino kreslo sevdasından əl çəkmir

FİFA prezidenti Canni İnfantino postunda daha uzun müddət qalmaq niyyətindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu futbol funksioneri özü deyib.

O bildirib ki, gələn il keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürəcək. Ali futbol qurumunun növbəti rəhbəri gələn il iyunun 5-də Parisdə təşkil olunacaq seçkilərdə müəyyənləşəcək.

Qeyd edək ki, 2016-cı ilin fevralından bəri dünya futboluna rəhbərlik edən 48 yaşlı İnfantino buna qədər 2007-ci ildən UEFA-da çalışıb, 2009-cu ildə qitə futbol qurumunun baş katibi təyin olunub.

Xəbər lenti