[b]İngilis klubu baş məşqçi postuna Anrini gətirmək istəyir[/b]
23.07.2018 - 09:59
[b]İngilis klubu baş məşqçi postuna Anrini gətirmək istəyir[/b]

Belçika millisində Roberto Martinesin köməkçisi kimi çalışan Tyerri Anri tutduğu postdan ayrılmaq niyyətindədi. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, fransızın “Aston Villa”ya baş məşqçi təyin olunacağı gözlənilir.

 

Birmingem təmsilçisinin Anrinin rəhbərliyi altında Premyer Liqaya qayıtmaq planları qurduğu bildirilir.

 

Qeyd edək ki, “Aston Villa” ötən mövsüm pley-off finalında “Fulhem”ə məğlub olaraq, Premyer Liqaya vəsiqəni son anda qaçırmışdı.

0