18 İyun 15:34 “İnter” ilk mərhələni başa vurdu
FUTBOL xəbərləri 18 İyun 15:34
315 baxış

“İnter” ilk mərhələni başa vurdu

Yeni mövsümə Türkiyədə hazırlaşan “İnter” bu ölkədəki təlim-məşq toplanışnı başa vurub. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən səhər məşqi ilə qardaş ölkədəki işlərini tamamlayan paytaxt təmsilçisi hazırlığın növbəti mərhələsinə Bakıda davam edəcək.

 

Zaur Svanadzenin komandası sabah vətənə dönəcək.

 

Qeyd edək ki, Türkiyə toplanışı çərçivəsində üç yoxlama matçı keçirmiş “İnter” Kamerunun “Columbe Sportive” klubuna (1:0) və Rumıniya çempionu “Vitorul”a (2:1) qalib gəlib, digər təmsilçimiz “Zirə” ilə matçda isə məğlub olub – 0:2.

Xəbər lenti