[b]“İnter” Rauf Əliyevin müqaviləsinin şərtlərini açıqladı[/b]
14.08.2017 - 15:12
[b]“İnter” Rauf Əliyevin müqaviləsinin şərtlərini açıqladı[/b]

“İnter” Albaniyanın “Kukesi” klubunun heyətinə qatmaq istədiyi Rauf Əliyevin müqaviləsinin şərtlərini açıqlayıb. Apasport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi hücumçunun sözləşməsinin surətini yayıb.

 

Anlaşmanın 2018-ci il, iyunun 30-na qədər qüvvədə olduğu üzə çıxıb. Bundan əlavə, müqavilənin surətində Rauf Əliyevin “İnter”dəki maaşı da göstərilib.

 

Məlum olub ki, millimizin üzvü bakılıların heyətində ayda 10 min manat məvacib alıb.  

 

Qeyd edək ki, "Kukesi"yə keçmək istəyən Rauf isə "İnter"lə müqaviləsinin başa çatdığını bildirib.  

0