[b]“İnter” Vidala elçi düşdü[/b]
23.07.2018 - 15:04
[b]“İnter” Vidala elçi düşdü[/b]

“Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidal karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Apasport.az saytının “Corriere dello Sport”a istinadən məlumatına görə, “İnter” onun xidmətində maraqlıdı.

 

Milan təmsilçisi Vidalı heyətinə qatmaq üçün Mattias Vesino - Roberto Qalyardini ikilisindən biri ilə yollarını ayırmağa hazırdı.

 

“Bavariya” çilili futbolçunun transferini 30 milyon avro dəyərində qiymətləndirir. Vidal isə minimum 8 milyon avro əmək haqqı tələb edir.

0