[b]“İnter” yenidən satılır[/b]
20.09.2017 - 13:14
[b]“İnter” yenidən satılır[/b]

Milan “İnter”inin sahibi yenidən dəyişilə bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “neradzurra”nın hazırkı sahibi Erik Tohir atıq futbola sərmayə yatırmaq istəmir.

 

Maraqlıdı ki, Tohir özünə məxsus hissələri Massimo Morattiyə təklif edib. Hansı ki, indoneziyalı biznesmen 2013-cü ildə klubun hissələrinin 70 faizini məhz Morattidən almışdı.

 

Tohirin bu idman növünə marağı azalıb və o, futbol dünyasından uzaqlaşmaq fikrinə düşüb.

0