13 Oktyabr 17:53 “İnter”in məşqçisi: Cəmi 12 nəfərlə hazırlaşmışdıq
FUTBOL xəbərləri 13 Oktyabr 17:53
425 baxış

“İnter”in məşqçisi: Cəmi 12 nəfərlə hazırlaşmışdıq

“Azərbaycanın ən güclü komandasına qarşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “İnter”in köməkçi məşqçisi Zaur İsmayılova məxsusdu.

 

Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ”ı qəbul edən paytaxt təmsilçisi 0:2 hesabı ilə məğlub olub.

 

Bakılıların baş məşqçisi Zaur Svanadze həyat yoldaşının vəfatı ilə əlaqədar mətbuat konfransında iştirak etməyib. Onu əvəz edən İsmayılov fikrini bu sözlərlə davam etdirib: “Bilirdik ki, çətin olacaq. Heyətimizdə bir neçə itki var idi. Cəmi 12 nəfərlə məşq etmişdik. Buna baxmayaraq, uşaqlar əllərindən gələni etdilər, bacardıqları qədər mübarizə apardılar”.

Xəbər lenti