[b]İntizamsızlığın ən yüksək həddi[/b]
25.09.2017 - 10:18
[b]İntizamsızlığın ən yüksək həddi[/b]

Azərbaycan Premyer Liqasının VI turu intizamsızlığı ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, qırmızı və ümumi vərəqə sayında mövsümün antirekordu qeydə alınıb.

 

Belə ki, əvvəlki 5 turun 19 qarşılaşmasında cəmi 2 qırmızı vərəqə qeydə alınmışdı. Bu dəfə isə turun hər oyun günündə 1 futbolçu meydandan qovulub. Üç gündəki 4 matçda yaşanan bu hadisənin “qəhrəman”larından biri birbaşa, digərləri ikinci sarı vərəqə üzündən matçı erkən bitirib.

 

Həm qırmızıları, həm də onlara çevrilən sarıları nəzərə almasaq, turda daha 23 vərəqə göstərilib. Bunadək mövsümün antirekordu III tura təsadüf etmişdi: 20 sarı və 1 qırmızı.

 

Tur

Sarı

Qırmızı

I

13

0

II

11

0

III

20

1

IV

12

0

V

13

1

VI

23

3 (1)

Qeyd: mötərizədə birbaşa qırmızı vərəqələr göstərilib. Qırmızı ilə nəticələnən cüt sarı vərəqələr “sarı” sütununda nəzərə alınmayıb.

0