[b]İnyesta “Barselona”dan ayrılır?[/b]
20.04.2017 - 13:20
[b]İnyesta “Barselona”dan ayrılır?[/b]

“Barselona”nın kapitanı Andres İnyesta klubun yeni müqavilə təklifini qəbul etməyib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu bunun üçün rəhbərliyin qarşısına şərtlər qoyub.

 

Belə ki, təcrübəli yarımmüdafiəçi ilk növbədə klubun gələcək planları ilə tanış olmaq istəyir. Həmçinin İnyesta daha çox meydanda olmaq arzusundadı. O, cari mövsüm az matçda iştirak etdiyini düşünür. Nəhayət, “Barsa” rəhbərliyinin maaş təklifi 33 yaşlı pleymeykeri qane etmir.

 

Qeyd edək ki, Andres İnyestanın “Barselona” ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

0