23 May 18:21 İquainin əvəzinə Morata - "Yuventus"da köklü dəyişikliklər
FUTBOL xəbərləri 23 May 18:21
676 baxış

İquainin əvəzinə Morata - "Yuventus"da köklü dəyişikliklər

"Yuventus" mövsümlərarası fasilədə hücum xəttində dəyişikliklərə getmək niyyətindədi. Apasport.az saytının "Corriere dello Sport"a istinadən məlumatına görə, baş məşqçi Massimiliano Alleqri və klub rəhbərliyi arasında keçirilən iclasda Mario Mandjukiç, Paulo Dibala və Qonsalo İquainə görə gələcək transfer təkliflərini dəyərləndirmək qərara alınıb.

 

"Qoca sinyora"nın Qonsalo İquaini "Çelsi"yə göndərib, əvəzində sabiq futbolçusu Alvaro Morata ilə müqavilə imzalamaq ehtimalı var. Yekun qərar Antonio Kontenin "Çelsi"də qalıb-qalmamasından sonra bəlli olacaq.

 

Morata ilə yanaşı, "Yuventus" "Fiorentina"nın gənc oyunçusu Federiko Kyezanı da heyətinə qatmaq istəyir. Turin klubu ona görə 60 milyon avro ödəməyə hazırdı.

Xəbər lenti