[b]İquayn “Çelsi”yə keçir [/b]
12.07.2018 - 18:33
[b]İquayn “Çelsi”yə keçir
[/b]

İtaliyanın “Yuventus” klubunun futbolçusu Qonsalo İquayn karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu “Çelsi”yə keçməyə razılıq verib.

 

Lakin İquayn maliyyə tələblərinin yerinə yetirilməsini zəruri sayır. 30 yaşlı hücumçu indiki klubunda 7,5 milyon avro qazanır və Londonda ən azı 7 milyon əldə etmək istəyir.

 

Qeyd edək ki, Qonsalo 2016-cı ildə “Napoli”dən “Yuventus”a 94 milyon avro qarşılığında keçib.

 

0