19 Mart 13:42 İsko “Real”dan gedir
FUTBOL xəbərləri 19 Mart 13:42
874 baxış

İsko “Real”dan gedir

“Real”ın futbolçusu İsko yayda klubunu dəyişəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı “Don Balon” nəşri yayıb.

 

Bildirilir ki, hücumameylli yarımmüdafiəçi hazırkı komandasında xoşbəxt deyil. O, Madrid təmsilçisində az oyun praktikası əldə etməsindən narazıdı.

 

İskonun baş məşqçi Zinəddin Zidanla problem yaşadığı qeyd olunur.

 

26 yaşlı futbolçu ilə “Çelsi” yaxından maraqlanır. “Zadəganlar” İskonu mövsümün sonunda heyətlərinə qatmaqda israrlıdılar. 

Xəbər lenti