[b]İslandiyanın tarix yazan məşqçisi istefa verdi [/b]
17.07.2018 - 15:59
[b]İslandiyanın tarix yazan məşqçisi istefa verdi
[/b]

Rusiyada keçirilən DÇ-2018 başa çatdıqdan sonra daha bir milli komandada baş məşqçi istefası çerçəkləşib. Apasport.az saytının məlumatına görə, İslandiya yığmasının çalışdırıcısı Heymir Hadlqrimsson vəzifəsindən ayrılmağa qərar verib.

 

Öz istəyi ilə postunu tərk edən mütəxəssis yığma fəaliyyətini 2011-ci ildə başlayıb. O, istefasının əsl səbəbini açıqlamasa da, komanda ruhu yarada bildikləri üçün futbolçulara təşəkkür edib.

 

2014-cü ildə baş məşqçi təyin olunan Haldqrimsson millini ölkə futbolu tarixinin ən böyük uğurlarına daşıyıb. İslandiya tarixində ilk dəfə yüksəldiyi AÇ-2016-da 1/4 finaladək irəliləyib. DÇ-2018-də isə final mərhələlərində qrupda qalıb.

0