15 Dekabr 17:27 İspan futbolçu klub prezidenti olmaq arzusunda
FUTBOL xəbərləri 15 Dekabr 17:27
393 baxış

İspan futbolçu klub prezidenti olmaq arzusunda

“Betis”in futbolçusu Xoakin Sançes maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi gələcəkdə klub prezidenti olmaq niyyətindədi.

 

O, karyerasını bitirdikdən sonra “Betis”ə rəhbərlik etmək arzusundadı: “Futbolçu kimi xoşbəxtəm. Amma sabah nəyin olacağını heç birimiz bilmirik. Həyatımın sonuna qədər “Betis”in bir parçası olaraq qalmaq istəyirəm. Təbii ki, ürəyimdən bu klubun prezidenti olmaq keçir”.

 

Qeyd edək ki, “Betis”in yetirməsi olan Xoakinin müqaviləsinin müddəti cari mövsümün sonuna kimi nəzərdə tutulub.

Xəbər lenti