20 Noyabr 16:52 İtaliya Futbol Federasiyasının prezidenti postundan getdi
FUTBOL xəbərləri 20 Noyabr 16:52
418 baxış

İtaliya Futbol Federasiyasının prezidenti postundan getdi

İtaliya futbolunda daha bir istefa baş tutub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Canpyero Venturadan sonra İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio da vəzifəsindən ayrıldığını açıqlayıb.

 

Buna səbəb Skuadra Adzurranın dünya çempionatına vəsiqə qazana bilməməsi göstərilib. Futbol ictimaiyyətinin istefaya səslədiyi 74 yaşlı funksioner bu təzyiqlərə tab gətirə bilməyib: “Vəzifəmdən ayrılıram. Dünya çempionatına yollana bilmədiyimiz üçün İtaliya xalqından üzr istəyirəm”.

 

Qeyd edək ki, İtaliya DÇ-2018-in pley-offunda İsveçə məğlub olaraq (0:1, 0:0), mundialdan kənarda qalıb.

Xəbər lenti